Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ-ın Dövlət Səyahət Departamentinin öz vətəndaşlarına ölkəmizlə bağlı çağırışına cavab verib.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-ın bildirilib ki, məsələ araşdırılır:
“Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.
Qeyd edək ki, ABŞ-ın Dövlət Səyahət Departamenti Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb.
Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb. 2020-ci ilin payızında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən intensiv döyüşlərdən sonra ərazi yüksək riskli bölgə olaraq təsvir edilib.