Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyanın Milli Səhiyyə Sistemi (NHS), dünyanın ən bahalı dərmanlarından biri olan 3 milyon 800 min dollar qiyməti olan “Libmeldy” dərmanını xəstələrə pulsuz təqdim edəcək.
Hafta.az xəbər verir ki, uşaqların sinir sistemi və orqanlarına təsir edən Metakromatik Lökodistrofiya (MLD) xəstəliyində istifadə edilən gen terapiyasında istifadə olunan “Libmeldy” xəstələrin həyatını xilas edən dərmandır.
Milli Səhiyyə Sistemi rəsmilərinin istehsalçı ilə apardığı danışıqlarda razılığın əldə edildiyi və dərmanın xəstələrə təklif edilməsinə qərar verildiyi açıqlanıb.
Qeyd edək ki, Krallıqda hər il təxminən dörd körpə bu xəstəliklə dünyaya gəlir.