Əbu-Dabi və Dubayda göydələnlər Azərbaycan bayrağına bürünüb - FOTO

21:38 28.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən hündür tikilisi olan Dubaydakı “Bürc-Xəlifə” qülləsi və Əbu-Dabi Milli Neft Korporasiyasının (ADNOC) göydələn inzibati binası 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.

Ölkəmizin Dubaydakı baş konsulluğundan hafta.az-a bildiriiblər ki, bayrağımızın bu məşhur qüllənin və ADNOC-un inzibati binasının üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.

Qeyd edək ki, BƏƏ-nin paytaxtı Əbu-Dabidə və Dubay şəhərində Müstəqillik Günü münasibətilə rəsmi qəbul və silsilə tədbirlər təşkil olunub.

Siyasət rubrikasından digər xəbərlər