Əhali arasında "Whatsapp" vasitəsilə çox sayda reseptlər dolaşır - TƏBİB-dən xəbərdarlıq

15:27 08.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əhali arasında "Whatsapp" və digər sosial şəbəkə vasitəsilə çox sayda reseptlər dolaşır.

Hafta.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, vitamin preparatları, bəzi qan durulaşdırıcı dərmanları qəbul etmək olar: “Lakin bəzi xəstələr qan duruldaşırıcı dərmanları həkim məsləhəti ilə qəbul etməlidirlər. Heç bir halda deksametazonu, antibiotik və antiviral dərmanları qəbul etmək olmaz”.