Yazını böyüt
Yazını kiçilt
Mərakeşdə aparılan araşdırmalara görə, ölkə əhalisinin 47 faizdən çoxu 2022-ci ilin ilk rübündə zəruri yaşam ehtiyaclarını ödəmək üçün borca giriblər.
Hafta.az-ın yazdığına görə, Mərakeş Dövlət Ali Planlaşdırma Komissiyası tərəfindən hazırlanan hesabatda bildirilir ki, ailələrin 48,5 faizi gəlirlərini tamamilə xərclədiklərini, 47,4 faizi xərcləmək üçün borc aldıqlarını deyir.
Hesabatda qeyd olunur ki, mərakeşli ailələrin 75,6 faizi son 12 ayda yaşam standartları pisləşdiyini, təxminən 76,5 faizi isə mülk satın almağın mümkün olmadığını düşünür. Cəmiyyətin böyük hissəsinin ərzağın qiymətinin sürətlə qalxmasından narahatlıq keçirdiyi bildirilən hesabatda, əksəriyyətin işsizlikdən gileyləndiyi qeyd olunub.