Azərbaycanın Baş Naziri Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, məktubda deyilir:
“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Ə.Əsədov həmçinin İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib: “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.
Əli Əsədovdan ukraynalı və iranlı həmkarına başsağlığı
21:58 08.01.2020
Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Gündəm rubrikasından digər xəbərlər