Yazını böyüt
Yazını kiçilt
“Hesablama Palatası 60-a qədər təklif və tövsiyyələr verib. Milli Məclisdə daha çox müzakirə olunan və cəmiyyəti narahat edən büdcə layihəsi bir sıra əlahiddə məsələləri özündə əks etdirir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin büdcə müzakirəsində deputat Əli Məsimli bildirib.
Deputat büdcə layihəsində önə çıxan bir çox məsələlər ətrafında Milli Məclisdə xüsusi müzakirələrin aparılmasını təklif edib.
“Büdcə gəlirlərinin artırılması ilə bağlı xüsusi bir mövzunun müzakirə edilməsini vacib hesab edirəm.
Elm və təhsilin maliyyələşdirilməsinin optimallaşdırılması məsələsi müzakirə olunmalıdır. Kənd təsərrüfatının qaldırılmasına dair mövzunun da müzakirəsi vacibdir” - deyə o bildirb.