Ərdoğan: “Oktyabrda Zəngilan hava limanının açılışı olacaq”

20:19 17.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Oktyabrın 20-də Zəngilan hava limanının açılışı olacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin sualları cavablandırarkən deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
“Qarabağa gəlincə, bütün region ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir”, - Türkiyə lideri qeyd edib.