Ərdoğan da Çinə getdi

23:48 30.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək məqsədilə Çinin Tiencin şəhərinə yola düşüb.

Hafta.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Ankaradakı Esenboğa hava limanından havaya qalxıb.

Ərdoğanın sentyabrın 1-də sammitdə çıxış edəcəyi, həmçinin zirvə çərçivəsində bir sıra dövlət və hökumət rəhbərləri ilə görüşlərinin keçiriləcəyi gözlənilir.