Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı ilə görüşüb

21:51 12.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarajı qəbul edib.

Hafta.az Anadolu agentliyinə istinadla xəbər verir ki, görüş İstanbulda, Dolmabağça sarayında keçirilib.

Məlumata görə, danışıqlar 2 saat 30 dəqiqə davam edib və mətbuat üçün qapalı olub. Görüş Liviyada münaqişə tərəflərinin atəşkəsi fonunda baş tutub. Atəşkəs Türkiyə və Rusiyanın təşəbbüsü ilə qüvvəyə minib.