Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Rusiya Federasiyasının siyasi rəhbərliyi ilə görüşmək üçün Moskvaya gedəcək.
Hafta.az bildirir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr iddia edir ki, İrəvandakı son görüşdə Nikol Paşinyan Qarabağ separatçılarının nümayəndə heyətinə Qarabağ məsələsində bundan artıq heç nə edə bilməyəcəyini açıq şəkildə deyib. Və ümumiyyətlə, son vaxtlar Ermənistan hakimiyyətinin nümayəndələri açıq şəkildə bildirirlər ki, Qarabağ məsələsinə görə Rusiya Federasiyasının “hakimiyyəti” cavabdehdir”, - erməni qəzeti yazır.
Nəşr mənbəyə istinadən qeyd edir ki, separatçılar boş oturmaq fikrində deyillər. Arayik Arutyunyan Rusiya Federasiyasının siyasi rəhbərliyi ilə görüşmək üçün yaxın günlərdə Moskvaya yola düşəcək. Mənbə iddia edir ki, Moskvada “qarşıdan gələn görüşlərin təşkili üçün hazırlıq işləri aparılır”. “Mənbəmiz həmçinin bildirir ki, Rusiya prezidenti Vladimir Putinlə də görüşlə bağlı böyük ehtimalı var”, - erməni qəzeti yazır.