“Ermənilər İrana getmək üçün BAKIDAN İCAZƏ ALACAQ”

17:47 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Zəngəzur dəhlizi yaradılarsa, o zaman Ermənistanın cənubla əlaqəsi kəsiləcək və ermənilər İrana getmək üçün Azərbaycanın razılığını və icazəsini almalı olacaqlar.

ParsToday xəbər verir ki, bunu Qafqaz üzrə iranlı ekspert Məhəmməd İsmayıl Əlixan deyib.

Ekspert qeyd edib ki, Ermənistan Azərbaycana cənubda, İranla sərhəddə ərazi versə, İranla qonşu olmaqdan çıxacaq. “İran Ermənistanla ən qısa ümumi sərhədə malikdir (38 km). Bu, İran və Avropa arasında əlaqə qapısıdır və böyük əhəmiyyət kəsb edir”, - Əlixan əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər