Ermənilər Naxçıvanla sərhəddə ABŞ BAYRAĞI UCALDACAQ

16:39 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

GTB Steel şirkətinin təsisçiləri Yerasx (Kərki) kəndində tikilməkdə olan metallurgiya müəssisəsinin ərazisində Ermənistan və ABŞ bayraqlarının quraşdırılmasını qərara alıblar.

Şirkətin mətbuat xidmətindən bildiriblər ki, bayraq qaldırma mərasimi iyunun 20-də baş tutacaq.

Qeyd edək ki, bu istiqamətdə ermənilər Araz çayının ekloliji durumuna ciddi mənfi təsir göstərəcək ağır metallurgiya zavodu inşa etmək istəyirlər. Ərazi həm də Kərki anklavının Azərbaycanla arasında yerləşir ki, bu da həmin zavodun yerinin Paşinyanın Kərkini Azərbaycana qaytarmaq istəməməsi üçün atılan addım kimi dəyərləndirilir.  

Siyasət rubrikasından digər xəbərlər