Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşündən sonra delimitasiya bəyanatı o deməkdir ki, hələ də rəsmi sərhəd yoxdur.
Hafta.az bildirir ki, bunu rusiyalı ekspert Modest Kolerov deyib.
Onun sözlərinə görə, rəsmi sərhəd yaradılmazdan, yəni demarkasiyadan əvvəl delimitasiya ilə bağlı uzun danışıqlar, yəni sərhədin xəritədə müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparılmalıdır:
“Brüssel bəyanatı ölkələr arasında sərhədin hətta xəritədə belə olmadığını göstərir. Delimitasiyaya dəvətin özü o deməkdir ki, Sərhəd istənilən istiqamətdə lazım olan qədər irəliləyən qoşunların gücü ilə dəyişdirilə bilər.
Heç bir delimitasiya olmasa, hər şey mümkündür. Və bu ən pis nəticədir. Delimitasiya sazişinin özü sərhədin olmadığının etirafıdır və bu tanımadan sonra İrəvan Azərbaycanı sərhədləri pozduğuna görə qınaya bilməyəcək”.