Yazını böyüt
Yazını kiçilt
Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması Ermənistanın müharibədə məğlubiyyətinin məntiqi nəticəsidir, onu kağız üzərində təsdiqləmək qalır, politoloq Georgi Bovt Rusiya mətbuatına bildirib.
Onun fikrincə, yaxın gələcəkdə bu zəmində münaqişənin bərpası mümkün deyil.
“Ermənistan müharibədə uduzdu və məğlub olaraq Qarabağı Azərbaycana verdi. Ermənistanın Qarabağı geri qaytarmaq üçün hərbi gücü yoxdur. O, öz məğlubiyyətini çoxdan etiraf edib, indi sülh müqaviləsi bağlamaq, bunu rəsmən, kağız üzərində etmək lazımdır”, - Bovt bildirib.