Ermənistan ordusu 3 hərbçisini itirib

23:22 28.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribata əl atıb.

Hafta.az xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən bu təxribata cavab tədbirləri görülüb.

Nəticədə Ermənistan tərəfdən üç hərbi qulluqçu öldürülüb. Hazırda sərhəddə vəziyyət sabitdir.

Xatırladaq ki, Ermənistan mediasında atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlar yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlarının yalan olduğunu bildirib.

Siyasət rubrikasından digər xəbərlər