Ermənistan parlamentində ölkənin KTMT-dən çıxmasını müzakirə edəcək

12:38 25.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 21-də “KTMT-dən Çıxma Assosiasiyası” təşəbbüs qrupu Ermənistan parlamentinin sədri Alen Simonyana “Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda Ermənistanın KTMT-dən çıxması tələbinə daor parlament dinləmələrinin təşkili təklifi ilə müraciət göndərib.

Hafta.az bildirir ki, vu barədə “Hraparak” qəzeti yazır.

“Müraciət xarici əlaqələr, müdafiə və təhlükəsizlik, dövlət-hüquq məsələləri, regional və Avrasiya inteqrasiyası, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyalarının rəhbərlərinə də ünvanlanıb.

Müraciətin əsaslandırmasında deyilir:

“Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək baxışı narahat edir, ona görə də biz bu müzakirəni zəruri hesab edirik”, – qəzet qeyd edir.

Siyasət rubrikasından digər xəbərlər