Ermənistan Qarabağdakı separatçılara 2,9 milyard pul ayırdı

15:35 22.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökuməti bu gün - iyunun 22-də keçirilən iclasında  dövlət büdcəsindən Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsində Rusiyanın himayəsinə sığınmış  separatçı-terrorçu rejimə 2,9 milyard dram həcmində dövlətlərarası kreditin ayrılması barədə qərar qəbul edib.

Hafta.az xəbər verir ki,  bu haqda  Ermənistanın “Panorama” nəşri və Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

“Layihənin əsaslandırılmasında deyilir. “Təqdim olunan layihə ilə Ermənistan 2023-cü il dövlət büdcəsinin vergi daxilolmalarından Dağlıq Qarabağa 2,9 milyard (təxm. 7, 112 milyon dollar) dövlətlərarası kreditin verilməsi nəzərdə tutulur. Bu məbləğdə əlavə maliyyələşdirmə üçün Dağlıq Qarabağ ərazisində müharibədən sonrakı dövrdə yaradılmış sosial gərginliyin aradan qaldırılmasına yönəldilib” –xəbərdə bildirilir.

Siyasət rubrikasından digər xəbərlər