Ermənistan sülh fürsətini yaxşı dəyərləndirməlidir - Çavuşoğlu

21:06 22.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla imzaladığı razılaşmalara əsasən, üzərinə götürdüyü öhdəlikləri icra etsə, Ermənistan da bölgədə vacib iştirakçılardan biri olacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, o zaman bölgədə baş verənlər Ermənistanın da faydasına olacaq: “Dolayısı ilə Orta Dəhlizin inkişaf etdirilməsi hər kəsin xeyrinədir. Ermənistan illərdir Azərbaycan torpaqlarını işğal edərək özünü təcrid edib. Azərbaycan torpaqlarını Qarabağ zəfəri ilə azad etdikdən sonra sülh fürsəti ortaya çıxıb və bunu yaxşı dəyərləndirmək lazımdır”.

Siyasət rubrikasından digər xəbərlər