Ermənistan Təbrizdə baş konsulluq açacaq - İRANIN MƏKRLİ PLANI

17:05 21.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Mən Ermənistanın Təbrizdə baş konsulluq açmaq niyyətini bir daha təsdiq edirəm. Bunu oktyabrın 21-də İranın Qafandakı baş konsulluğunun açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O əlavə edib ki, İran həmişə Ermənistanın əsas tərəfdaşı olub və qalacaq.

“Əməkdaşlığımıza geniş siyasi gündəm, habelə ticarət, enerji, nəqliyyat, turizm, elm, təhsil, mədəniyyət sahələrində sıx əlaqələr daxildir ki, ümid edirik ki, bu əlaqələr daha da dərinləşəcək və yeni nəfəs alacaq” – Mirzoyan bildirib.

Bizim şərh:

Xatırladaq ki, Təbriz tarixən qədim Azərbaycan dövlətlərinin paytaxtı olub. Zəngəzur dəhlizindən narahat olan İran tərəfi indi də, Ermənistanın bu niyyətini reallaşdırmaqla, əhalisi tamamilə azərbaycanlılar olan qədim Azərbaycan şəhərində erməni konsulluğunun açılışına şərait yaratmaqla bir daha əsl simasını və mahiyyətini ortaya qoyur.

Siyasət rubrikasından digər xəbərlər