Yazını böyüt
Yazını kiçilt
İyulun 18-də Ermənistanın Rusiyadakı səfirliyində Ermənistan və İran səfirləri Qurgen Arsenyan və Kazem Cəlali arasında görüş olub.
Hafta.az xəbər verir ki, bu haqda “ArmenianTayms” məlumat yayıb.
Səfirlikdən verilən məlumata görə, tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətlərə dair geniş spektrli məsələləri müzakirə edib, həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.