Ermənistanda rusiyalı hərbçi ölü tapılıb

08:56 25.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbi qulluqçusu ölü tapılıb.

Hafta.az xəbər verir ki, Ermənistan KİV-i meyitin axşam saatlarında yarımçıq tikilinin yanında aşkarlandığını yayıb. Onun qolunda kəsici-deşici yaralar olub.

İlkin məlumata görə, ölən şəxs Rusiyanın 102-ci hərbi bazasında xidmət edib. Onun Rusiyanın 24 yaşlı vətəndaşı K.Antonenko olduğu müəyyən edilib.