Evdən 10 qol saatı oğurlanıb

17:25 29.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq edilib.

Hafta.az DİN-ə istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 10 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.