Evdən oğurluq edən şəxs tutulub

15:36 04.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3200 manat və 703 ABŞ dolları olan pulqabını oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini T.Şirxanova saxlanılıb.