FİDE-nin növbəti reytinqi açıqlanıb

22:34 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şahmatçıların FİDE reytinqi açıqlanıb. Avqust reytinqində bəzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi şahmatçısı yer alıb. Millimizin liderləri mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov 2763 xalla 10-cudur. Mövqeyi dəyişməyən Qədir Hüseynov 72-ci sırada yer alıb – 2665 xal. 3 addım geriləyərək 87-ci yerə yuvarlanan Nicat Abbasov 2656 xala malikdir. 2 xal geri qalan Rauf Məmmədov 4 pillə geriləyərək 91-cidir.

Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir – 2847 xal. Fabiano Karuana (ABŞ) 2806 xalla ikinci, Dinq Liren (Çin) 2799 xalla üçüncüdür.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2460 xalla 25-ci, Gülnar Məmmədova 2385 xalla 77-ci sırada qalıb. Ondan 9 xal geri olan Xanım Balacayeva  2 pillə irəliləyərək 89-cu olub.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2596) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.

Oxunma sayı 683