FİDE yeni reytinq siyahısını açıqlayıb

21:46 01.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.
 
Hafta.az-ın məlumatına görə, 2021-ci ilin ilk ayının reytinqində bəzi dəyişikliklər olub.

Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb. Həmçinin Qədir Hüseynov (2665 xal), Rauf Məmmədov (2654) və Arkadi Naydiçin (2649) də mövqeyi dəyişməz qalıb. Onlar müvafiq olaraq, 74-cü, 92-ci və 100-cüdür. Kişi şahmatçılarımızdan yalnız Nicat Abbasov bir pillə irəliləyərək 2668 xalla 70-ci pilləyə qalxıb. 

Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
 
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 31-ci yerə enib. İki rəqibini qabaqlayan Gülnar Məmmədova (2382) 79-cu yerə yüksəlibsə, ondan 6 xal geri qalan Xanım Balacayeva yenə 90-cıdır. 

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.