Yazını böyüt
Yazını kiçilt
FİFA prezident Canni İnfantinonun adının rüşvət qalmaqalına qarışması ilə bağlı olaraq bəyanat yayıb.
Hafta.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, bəyanatda bildirilir ki, İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində İnfantino vəzifəsindən kənarlaşdırılmayacaq.
FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: "Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.
Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.