FIFA “Qarabağ”ın rəqibini cəzalandırıb

19:08 15.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FIFA Ağdamın “Qarabağ” komandasının UEFA Konfrans Liqasındakı rəqibi olan Fransanın “Marsel” klubunu cəzalandırıb.

Hafta.az Fransa mətbuatına istinadla xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. İyirmi üç yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərənin “Uotford” klubundan “Marsel”ə keçib.

Qeyd edək ki, “Qarabağ” klubu “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Oxunma sayı 36