Fazil Mustafa: Zirvə görüşündə buna da nail olduq

12:11 08.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ölkə Prezidentinin əsas hədəf götürdüyü missiya Xankəndini Azərbaycanın siyasi mərkəzlərindən biri olaraq dünya gündəminə gətirmək və iqtisadi əməkdaşlıqda regionun model mərkəz kimi tanıdılmasıdır. Zivə görüşündə buna nail olundu”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, Xankəndidə keçirilən XVII İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü ölkədə sabit iqtisadi münasibətlərin qurulmasının inikasıdır:

“Zirvə görüşündə investisiya fondlarının yaradılması mühüm amil kimi önə çıxır. Özbəkistanla Azərbaycan arasında investisiya fondu yaradılıb. Fondun ilkin kapitalının 500 milyon olması onu göstərir ki, ayrı-ayrı türk dövlətləri ilə iqtisadi sahədə qurulan əməkdaşlıqlar getdikcə daha da inkişaf edəcək. Özbəkistan Orta Asiyanın ən böyük ölkələrindn biridir və yüksək iqtisadiyyata malikdir. Qafqazın lider dövləti ilə Orta Asiyanın lider dövləti arasında belə bir birliyin qurulması gələcəkdə böyük layihələrin həyata keçirilməsinə imkan verəcək”.