FHN əməkdaşları Türkiyədə təlimlərə cəlb edildi

13:48 11.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması üzrə tədbirlər Türkiyə Respublikasının mentorluğu ilə davam etdirilməkdədir.

FHN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, bu sahədə əməkdaşlıq çərçivəsində, Türkiyə Respublikası Fəlakət və Fövqəladə Hallar Departamentinin dəvəti ilə, Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin 13-17 yanvar 2020-ci il tarixlərində Ankara şəhərində keçiriləcək təlimdə iştirakı planlaşdırılır. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi təlimin əsas məqsədlərindəndir.

Qeyd edək ki, Beynəlxalq Axtarış-xilasetmə dəstəsi beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasını təmsil etmək məqsədi ilə 2016-cı ildə yaradılıb. Dəstənin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması məqsədi ilə müvafiq təlim və kurslar keçirilib, həmçinin şəxsi heyətin bununla bağlı beynəlxalq tədbirlərdə iştirakı təmin edilib.