Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hafta.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.