Filippində helikopter qəzaya uğrayıb

10:38 05.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 5-də Filippində göyərtəsində milli polisin rəisi Arçi Qamboanın olduğu helikopter qəzaya uğrayıb.

Helikopter Laquna yaşayış məntəqəsində yerə çırpılıb.

Nəşrin bildirdiyinə görə, helikopterin göyərtəsində A.Qamboa ilə birlikdə daha üç polis generalı və rəisin köməkçisi olub. Hadisə nəticəsində həlak olan yoxdur. Sağ çiynində kiçik yara almış A.Qamboa və digər sərnişinlər helikopterdən çıxarılaraq yaxınlıqdakı Taqiq şəhər xəstəxanasına yerləşdiriliblər.

Qəzanın səbəbi kimi əlverişsiz hava şəraiti göstərilir. Görüntünün çox pis olduğu şəraitdə havaya qalxan helikopterin yüksək gərginlik xəttinə dolaşdığı bildirilir.