Flora Kərimovaya “Şərəf” ordeni və Prezidentin fərdi təqaüdü verilib

11:40 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev F.Ə.Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Oxunma sayı 479
Siyasət rubrikasından digər xəbərlər