Formula-1 tamaşaçısız olacaq

13:03 22.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl Prezident İlham Əliyev 2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilir ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Bir neçə müddət öncə isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Formula 1 üzrə Azərbaycan Qran-prisinin azarkeşsiz keçiriləcəyi haqqında xəbər verilmişdi. Elə bu səbəbdən, hər 2 məlumat sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimisi oyunlara tamaşaçı buraxılacağını, bəziləri isə viza sadələşdirilməsinin media nümayəndələri və yarış iştirakçıları üçün nəzərə tutulduğunu söylədi. Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı BŞH ilə əlaqə saxladı. Şirkətin rəsmisi mövzu ilə bağlı danışarkən bildirdi ki, 2021 Formula 1 Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək. Bu səbəbdən tribunalar belə quraşdırılmayıb.

Xatırladaq ki, Azərbaycan Qran Prisinin 4-6 iyunda keçiriləcəyi planlaşdırılır.