Formula yarışlarının pilotu qarət edilib - qol saatı əlindən alınıb

10:14 13.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"MakLaren" komandası tərəfindən "Formula 1" Dünya çempionatı yarışlarında iştirak edən britaniyalı pilot Lando Norris Avropa futbol çempionatının final matçından sonra qarət edilib.

Bu barədə "MakLaren"in mətbuat xidməti məlumat verib.

"MakLaren Lando Norrisin Avro-2020 turnirinin final matçından sonra "Uembli" stadionunda baş verən insidentdə qol saatının əlindən alınmasını təsdiqləyir. Pilot hadisə zamanı zədələnməyib, lakin anlaşılan səbəbdən sarsılıb", - açıqlamada bildirilir.

Məlumata əsasən, İngiltərə - İtaliya matçı bitdikdən sonra iki naməlum şəxs L.Norrisi "Uembli" stadionunun avtomobil dayanacağında saxlayaraq onun 40.000 funt sterlinq dəyərində saatını mənimsəyiblər.