Fransa Macarıstanı məğlub edə bilmədi - AVRO-2020

20:16 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avro-2020-nin qrup mərhələsi davam edir.

Hafta.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 qarşılaşmadan artıq 1-i başa çatıb.

F qrupunda Macarıstan və Fransa yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, Fransa bu 1/8 finala vəsiqəni əvvəlcədən təmin etmək şansını əldən verib.

19 iyun
F qrupu, 2-ci tur

Macarıstan - Fransa - 1:1
Qollar: 
Fiola, 45+2 (1:0), Qrizmann, 66 (1:1)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Budapeşt. "Puşkaş Arena"

Oxunma sayı 609