Fransa səfirliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb

22:27 28.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı bəyanat yayıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə səfir An Bualon bu barədə Tviterdə bildirib.

“Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim. Mərhumun ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir” – diplomat qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər