Fransada pensiya islahatına qarşı beşinci etiraz aksiyası keçirəcək

20:40 08.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa hökumətinin təklif etdiyi pensiya islahatına qarşı nümayişlər fevralın 16-da ölkə boyu beşinci dəfə keçiriləcək. Bu barədə çərşənbə günü Agence France-Presse Muxtar Həmkarlar İttifaqları Milli İttifaqına (UNSA) istinadən məlumat verib.

Təşkilatın baş katibinin müavini Dominik Korona agentliyə bildirib ki, “İttifaqlararası toplantının nəticələrinə əsasən, fevralın 16-da beşinci ümummilli etiraz gününün keçirilməsi qərara alınıb”.
Bundan əvvəlki nümayişlər yanvarın 19 və 31-də, həmçinin fevralın 7-də Fransada keçirilib. Yeni nümayişlər fevralın 11-nə planlaşdırılıb.

Oxunma sayı 55