Futbol üzrə Braziliya yığması yeni rekord müəyyənləşdirib

14:27 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Braziliya yığması Cənubi Amerikada yeni rekord müəyyənləşdirib.

Hafta.az xəbər verir ki, komanda dünya çempionatının seçmə mərhələsi çərçivəsində ardıcıl qazanılan qələbələrin sayına görə bu nailiyyətə sahib olub. Sentyabrın 10-da Braziliya yığması mundialın seçmə mərhələsi çərçivəsində Perunu 2:0 hesabı ilə məğlub edib. Bu, yığma komandanın qazandığı ardıcıl doqquzuncu qələbədir.

Daha əvvəlki rekord da Braziliya yığmasına məxsus olub. Belə ki, komanda 2016-cı ilin sentyabrından 2017-ci ilin avqustunadək keçirdiyi seçmə mərhələ oyunlarında meydandan qalib ayrılıb.

Qeyd edək ki, 8 oyundan sonra aktivində 24 xal olan Braziliya turnir cədvəlində birinci pillədə qərarlaşıb. Braziliya seçməsi növbəti oyununu oktyabrın 7-də səfərdə Venesuelaya qarşı keçirəcək.

Oxunma sayı 28