Futzal millimiz “Xəzər kuboku”nda iştirak edəcək

21:00 31.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan millisi ikinci “Xəzər kuboku”nda iştirak edəcək.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Mini Futbol Federasiyasının prezidenti Emil Əliyev “RİA Novosti”yə açıqlamasında bildirib.

“Biz artıq 2021-ci ildə U19 Avropa çempionatını Rusiyanın Nijni Novqorod şəhərində keçirmək istəyimizi bildirmişdik. Həmçinin 2020-ci ildə Həştərxanda ikinci “Xəzər kuboku”nu keçirməyi planlaşdırırıq. Burada Azərbaycan, Rusiya, İran və Qazaxıstandan olan kişilərdən ibarət milli komandalar iştirak edəcək”, - deyə o, vurğulayıb.

Əliyevin sözlərinə görə, həmin ilin 9 May tarixində qadınlararası beynəlxalq turnir ilk dəfə olaraq Moskvada deyil, Nijni Novqorodda keçiriləcək: "Bu, AVRO-2021-ə vəsiqə qazanmazdan əvvəl sınaq rolunu oynayacaq".

Federasiya prezidenti əlavə edib ki, keçirilən turnir sayca 11-ci olacaq və İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümü münasibətilə bəzi dəyişikliklər ediləcək.