Füzulidə çətənə bitkiləri aşkar edilib

10:10 27.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzulidə çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun işğaldan azad edilmiş Qacar kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

 

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 100 kiloqram olan 4663 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.