“Xarici ölkələr və böyük qlobal şirkətlər Özbəkistan iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırırlar, çünki onlar ölkənin gənc nəslinin nailiyyətlərini görürlər”.
Hafta.az-ın yazdığına görə, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev gənclərlə görüşündə deyib.
"Niyə bu gün böyük ölkələr, dünyanın ən nüfuzlu şirkətləri bizə güvənir? Niyə ölkəmizin inkişafına milyardlarla sərmayə qoyurlar? Tərəfdaşlar gənclərimizin elm, təhsil, informasiya texnologiyaları, mədəniyyət, incəsənət və idman sahələrində əldə etdiyi nailiyyətləri görür, potensialımızı dəyərləndirir", - prezidentin mətbuat katibi Şerzod Əsədov onun sözlərindən sitat gətirib.
Gənclər Günü münasibətilə keçirilən tədbirdə ölkənin gənc vətəndaşları qarşısında çıxış edən prezident Mirziyoyev bildirib ki, gənc nəslin enerjisini, əzmini, biliyini görən istənilən ölkə Özbəkistana həsəd apara bilər. O, iqtisadiyyatın sürətli inkişafının, bütün sahələrdə imkanların genişlənməsinin gənc nəslin töhfəsi sayəsində mümkün olduğunu vurğulayıb.