Yazını böyüt
Yazını kiçilt
Gəncə sakini özünə kəsici alətlə xəsarət yetirib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 1995-ci il təvəllüdlü A.Ələkbərov qollarının müxtəlif hissəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 27 yaşlı kişi özünə xəsarət yetirən zaman sərxoş olub.
Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.