Gəncədə yeni ilin ilk günü bayram ab-havası ilə yadda qalıb. Şəhərin mərkəzi Heydər Əliyev meydanında əyləncə məkanları fəaliyyət göstərir. Şənliklər təşkil olunur.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, yeni ilin ilk dəqiqələri atəşfəşanlıqla yadda qalıb. Səhər saatlarında isə gəncəlilər ailəliklə mərkəzi meydanda quraşdırılan böyük yokkanın ətrafında yeni ilin dadını çıxarmağa başlayıb. Belə ki, uşaqlar və böyüklər üçün əyləncə məkanları, müxtəlif oyunlar, fərqli millətlərin və xalqların milli təamları Gəncə əhalisinə təqdim olunub. Qiymətlər də paytaxt Bakı ilə müqayisədə ucuzdur. Təamlar və uşaq oyuncaqlarının qiyməti 50-60 qəpikdən başlayır, 3-4 manatla məhdudlaşır.
Diqqətçəkən nüanslardan biri də burada pirotexniki vasitələrin və şənlik partlayıcılarının, fişənglərin açıq satışının təşkil olunmasıdır.