Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə ““Peşə təhsilinə dəstək olaq” aztəminatlı gənclər üçün peşə təlimlərinin təşkili və saytın yaradılması layihəsi çərçivəsində növbəti tədbirini 5 noyabr saat 12:00-15:00-dək Binəqədi Gənclər evində təşkil edib.
Layihənin başlıca məqsədi gənclərə peşəyönümü sənət öyrətməklə maarifləndirici sosial dəstək vermək, onların gələcək karyerası üçün bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə yardımçı olmaq, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi üçün kadrların hazırlanması işinə töhvə verməkdir.
Binəqədi Gənclər evində keçirilən tədbirdə Bakı şəhəri üzrə 30 nəfər gənc iştirak edib.
Tədbiri açan İctimai Birliyin sədri Xoşbəxt Seyidova iştirakçılara İctimai Birlik haqqında məlumat verdi. Sonra isə sözü qonaqlara verdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Gənclər evinin direktoru Ələkbər Mustafayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Eldar Məmmədov, Bakı şəhəri Məşgulluq İdarəsinin Peşə hazırlığı və sosial sektorunun baş məsləhətçisi Aysel Ağayeva dövlətin məşgulluq proqramları və gənclər siyasəti haqqında ətraflı məruzələr edib, gəncləri məlumatlandırdılar. Tədbirin 2-ci hissəsini tanınmış təlimçı Asəf Kərimov davam etdirib. Otuz nəfər gənc nəslin nümayəndələri bərbərlik, dərzilik və kompüter dizaynı peşələri haqqında təlim zamanı geniş məlumat aldə ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.