Generallar Rusiyanı təcili tərk etdilər

09:23 22.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimali Koreyanın 10-dan çox yüksəkrütbəli zabiti Rusiyadan vətənlərinə qayıdıb.

Hafta.az xəbər verir ki, Şimali Koreya komandirləri Rusiyada bir müddət əvvəl olmalarına baxmayaraq, gözlənilmədən Şimali Koreya lideri Kim Çen Inın yanında peyda olublar. Kim onların "Kursk vilayətinin azad edilməsində" nailiyyətlərini yüksək qiymətləndirib. Rəsmi olaraq Şimali Koreya generalları dövlət mükafatlarının təqdim edilməsi mərasimində iştirak etmək üçün Rusiyadan geri qaytarılıb.

Ekspertlər isə hesab edirlər ki, generalların geri qayıtmaları, ehtimal ki, Rusiyanın vəziyyəti təkbaşına idarə edə biləcəyinə əmin olduğuna işarədir. Həm də Moskva bu mövzuda narahatedici sualların qarşısını almaq üçün Şimali Koreyanı gündəmdən çıxarır. /"NY Post"/