Gimnastlarımız Polşada 2 medal qazanıblar

23:30 12.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşanın paytaxtı Varşavada “Irina Cup” beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından hafta.az-a verilən məlumata görə, bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar.

Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.