Gizli yollarla texnika göndərmək istədi - 44 ay HƏBS

12:00 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ədliyyə Departamenti İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda təqsirli bilinən Livan vətəndaşı Brahim Asiyə 44 ay həbs cəzası verildiyini açıqlayıb.

"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən məlumat yayıb. Məlumata görə, 63 yaşlı Brahim Asi "İrana qanunsuz mal ixracı, çirkli pulların yuyulması və sanksiyalardan yayınmaq məqsədilə ABŞ qanunları pozmağa cəhd" ittihamları ilə məsuliyyətə cəlb olunub.

Məhkəmədə təqdim olunan sübutlara əsasən, B.Asi ABŞ-dəki şirkəti vasitəsilə ağır avadanlıq istehsal edən beynəlxalq şirkətin Yaxın Şərq nümayəndəsi kimi fəaliyyət göstərib. O, Tehrandakı SAP-İran şirkəti ilə əlbir olaraq, lisenziyasız şəkildə İrana texniki avadanlıq göndərməyə cəhd edib.

Qeyd edilib ki, o, alıcı ölkə kimi İraq və Türkiyəni göstərərək, son məqsəd olan İran şirkətini gizlətməyə çalışıb. Bu məqsədlə təxminən 2.7 milyon dollar məbləğində maliyyə köçürməsi həyata keçirilib.