Goranboyda kişi arvadını avtomobillə vurub, sonra bıçaqlayıb

15:38 24.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

 Hadisənin səbəbləri araşdırılır.