Goranboyda polislər şəhid ailələrinə bayram sovqatı paylayıblar

12:14 14.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz Bayramı münasibətilə onları təbrik ediblər.